Baku Process Youth Simulation layihəsinə start verildi

Mövcuddur:

Baku Process Youth Simulation layihəsinə start verildi.

Açılış mərasimi çərçivəsində iştirakçılar layihənin ümumi konsepti və qarşıdakı sessiyalar barədə məlumat əldə ediblər. Baku Process çərçivəsində həyata keçirilən təşəbbüs müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək mədəniyyətlərarası dialoq və beynəlxalq əməkdaşlığın təşviqinə yönəlib.

Orientasiya proqramı zamanı iştirakçılar simulyasiya prosesi, müzakirə formatı və layihənin əsas istiqamətləri ilə tanış olublar, eyni zamanda ilk fikir mübadilələrini aparıblar.