Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı keçirilib
Mövcuddur:
- English
- Azərbaycanca
Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş təqdimat və panel müzakirəsi keçirilib. Tədbirdə Forumun əhəmiyyəti, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, həmçinin multikulturalizm, tolerantlıq və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində gənclərin rolu kimi mühüm məsələlər vurğulanıb. Proqram sual-cavab sessiyası ilə yekunlaşıb.