“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” adlı beynəlxalq forumun plenar açılışı baş tutdu

Mövcuddur:

“Gəlin mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” adlı beynəlxalq forumun rəsmi plenar açılış mərasimi keçirilib.

Forum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirin əsas məqsədi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etmək, mədəniyyətin davamlı sülhün qurulmasında əsas vasitə kimi rolunu ön plana çıxarmaqdır.

Forum çərçivəsində 10 ölkəni təmsil edən QHT rəhbərləri, gənc liderlər, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və media nümayəndələri bir araya gəlib.