“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumunun növbəti fəaliyyətləri həyata keçirildi
- English
- Azərbaycanca
“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu adlı layihə çərçivəsində növbəti fəaliyyətlər təşkil olundu.
Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində təşkil olunan panel müzakirələrində 10 xarici ölkəni təmsil edən QHT rəhbərləri, gənc liderlər və eləcə də ölkəmizin gənc fəalları, ekspert və vətəndaş cəmiyyəti təmsilçiləri təqdimat, çıxış, məruzə və müzakirələrlə aktiv şəkildə fikir, informasiya və təcrübə mübadiləsi apardılar.
“Mədəniyyət naminə sülh: gənclərin fəal iştirakçılığı”, “Multikulturalizm və tolerantlıq sülh və birgəyaşayışın alətləri kimi”, “Mədəni diplomatiya və sülh aktorluğu” və “Sülh mədəniyyətinin inkişafında gənclərin davamlı əməkdaşlığı” mövzularında keçirilən panel müzakirələrində Finlandiya təmsilçisinin, Polşa nümayəndəsinin, Türkiyəli QHT rəhbərinin, Moldovadan olan gənclər təşkilatı sədrinin, Ukraynalı gənc liderin, Çexiya QHT liderinin, Serbiyadan olan mədəniyyət ekspertinin, tədqiqatçı, Milli Elmlər Akademiyasının dissertantının və ADTGT İctimai Birliyinin funksionerlərinin geniş və əhatəli təqdimat və məruzələri iştirakçıların geniş diqqət və marağına səbəb oldu.
Həm xarici, həm də milli gənc fəallar belə mövzularda müzakirə, təlim, seminar, forum və tədbirlərin davamlı olmasını və şəbəkələşmə vasitəsilə gənclərin bilik, bacarıq və təcrübələrinin artırılmasının zəruri olduğunu vurğuladılar.