“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli” layihəsi çərçivəsində ilk təlim keçirildi

Mövcuddur:

“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi çərçivəsində ilk təlim uğurla baş tutub.

Təlim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) təşkilatçılığı ilə Yaradıcı Mərkəzdə keçirilib. Tədbirdə mədəniyyət sahəsində çalışan mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər.

Praktiki fəaliyyətlərlə zəngin proqram çərçivəsində iştirakçılar mədəni müxtəlifliyin daha dərindən anlaşılması, empatiya bacarıqlarının inkişafı və icmalarında dialoqu təşviq etmək üçün yeni yanaşmalarla tanış olublar.

Təlim iştirakçılara həm nəzəri biliklər, həm də real tətbiq oluna bilən alətlər təqdim edərək, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə töhfə verib.