“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli” layihəsi Gəncədə uğurla davam edir
- English
- Azərbaycanca
“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi çərçivəsində növbəti təlim Gəncə şəhərində uğurla keçirilib.
Aprelin 8-də baş tutan təlim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə mədəniyyət sahəsində çalışan mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və yerli gənclər iştirak ediblər.
İnteraktiv fəaliyyətlər və müzakirələr əsasında təşkil olunan sessiya çərçivəsində iştirakçılar mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik və inklüzivlik prinsiplərini daha dərindən mənimsəyiblər. Təlim həm nəzəri biliklərin artırılmasına, həm də praktiki bacarıqların inkişafına yönəlib.
Layihə regionlarda mədəniyyətlərarası dialoqun təşviqinə və gənclərin bu sahədə fəal iştirakının gücləndirilməsinə xidmət edir.