"Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması" layihəsi çərçivəsində təlim keçirildi

Mövcuddur:

Aprelin 30-da Yaradıcı Mərkəzdə “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi çərçivəsində növbəti təlimimizi uğurla həyata keçirdik!

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) təşkilatçılığı ilə baş tutan bu sessiya yerli gəncləri, mədəniyyət sahəsində çalışan mütəxəssisləri, QHT nümayəndələrini və beynəlxalq iştirakçıları bir araya gətirdi. Qeyri-formal təhsil metodları və praktiki məşğələlər vasitəsilə iştirakçılar multikulturalizm, inklüzivlik və mədəniyyətlərarası dialoq dəyərlərini interaktiv şəkildə öyrənib müzakirə etdilər.