“Sülh naminə mədəniyyətlərarası dialoqda gənclər – Bakı Forumu” üçün qeydiyyat açıq elan olunur

Mövcuddur:

“Sülh naminə mədəniyyətlərarası dialoqda gənclər – Bakı Forumu” Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Bir Könüllü” Tələbə Əməkdaşlıq İctimai Birliyi, Bakı Dövlət Universiteti və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) tərəfdaşlığı ilə həyata keçiriləcək.

Forumun əsas məqsədi gənclər arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh və tolerantlıq dəyərlərinin yayılmasına töhfə vermək, eləcə də gənclərin fəal iştirakı vasitəsilə Azərbaycanın multikulturalizm modelinin daha geniş tanıdılmasını təmin etməkdir.

Forum çərçivəsində iştirakçılar müasir dünyada mədəniyyətlərarası dialoq və sülhün rolu, Azərbaycanın multikulturalizm modeli, mədəni diplomatiyada gənclərin rolu, müxtəlif mədəni kimliklər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və rəqəmsal dövrdə mədəni kommunikasiya imkanları üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Tədbir müddətində panel müzakirələri, interaktiv sessiyalar və işçi qruplar vasitəsilə iştirakçılar fikir mübadiləsi aparacaq, ortaq yanaşmalar formalaşdıracaq və mədəniyyətlərarası dialoq sahəsində praktiki təcrübə qazanacaqlar.

Forumun sonunda iştirakçılar “Sülh naminə mədəniyyətlərarası dialoqda gənclər – Bakı Forumu: Nəticələr” adlı yekun sənəd hazırlayacaqlar.

Son müraciət tarixi: 10 aprel 2026, saat 23:59

Qeydiyyat linki:
https://forms.gle/atSFC4Nx97LFi5ok9