Mədəniyyət Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüş keçirilib
- English
- Azərbaycanca
Martın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və qurumun direktoru Nihal Saad ilə görüşüb.
Tərəflər Prezident İlham Əliyev tərəfindən qlobal səviyyədə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində qurulmuş tərəfdaşlığın daha da möhkəmləndiyini qeyd ediblər. Görüşdə bu ilin oktyabr ayında Bakıda keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşan tərəflər cari hazırlıq işlərini müzakirə ediblər.
Söhbət zamanı mürəkkəb geosiyasi şəraitdə mədəni diplomatiya və mədəniyyətlərarası dialoqun artan əhəmiyyəti, habelə bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.