“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində forum iştirakçılarından ibarət işçi qrupunun iclası keçirilib

Mövcuddur:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti, “BDU könüllüləri” təşkilatı və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfdaşlığı, həmçinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində forum iştirakçılarından ibarət işçi qrupunun iclası keçirilib.

İclas zamanı forum günləri ərzində panel müzakirələr, interaktiv sessiyalar və qrup işləri zamanı iştirakçılar tərəfindən irəli sürülən tezislər, təkliflər və yanaşmalar sistemləşdirilərək müzakirə olunub. İşçi qrup tərəfindən bu materiallar ümumiləşdirilib və Forumun Yekun Manifestosunun mətninin hazırlanması istiqamətində birgə fəaliyyət həyata keçirilib.

Müzakirələr zamanı multikultural dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun inkişafı, inklüzivliyin təşviqi, sosial inteqrasiya və gənclərarası əməkdaşlığın gücləndirilməsi kimi istiqamətlər üzrə iştirakçıların ortaq mövqeyi formalaşdırılıb.

Hazırlanmış mətn forum iştirakçılarına təqdim edilib və iştirakçıların yekdil qərarı ilə Yekun Manifesto təsdiqlənib.

Forumun bağlanış mərasimində isə Forum iştirakçıları tərəfindən Yekun Manifesto rəsmi şəkildə elan olunub.