Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq (GUIDE) tərəfindən həyata keçirilən “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi çərçivəsində Bakı şəhərində növbəti təlim keçiriləcəkdir.
Mədəniyyət mütəxəssisləri, QHT nümayəndələri və gənclər üçün nəzərdə tutulan bu interaktiv təlimdə iştirak edərək dialoq mədəniyyəti, müxtəliflik və inklüzivlik prinsipləri barədə praktiki biliklər əldə edə biləcək.
Məkan: Yaradıcı Mərkəz (Simurq Plaza, 8-ci mərtəbə)
Vaxt: 30 aprel, 11:00