Bakı Prosesi Gənclər Simulyasiyası

  • Status: Keçmiş
  • Növ: Forum
  • Format: Əyani
  • Mövzular: Mədəniyyətlərarası dialoq | Mədəni müxtəliflik | Gənclər | Siyasət | Tərəfdaşlıqlar
  • Date: Başlama:
    Aprel 29, 2026 - 14:00
    Bitmə:
    Aprel 30, 2026 - 17:00
    Saat qurşağı:
    (UTC+04:00)
Mövcuddur:

Haqqında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq (GUIDE) ilə əməkdaşlıq çərçivəsində “Bakı Prosesinin Gənclər Simulyasiyası” layihəsinə start vermişdir.

Xüsusi qeydlər

“Bakı Prosesinin Gənclər Simulyasiyası” Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində hazırlanmış beynəlxalq gənclər təşəbbüsüdür. Bu layihə gəncləri birbaşa mədəniyyətlərarası dialoqa cəlb etmək, həmçinin həm yerli, həm də beynəlxalq gənclər auditoriyası arasında platforma haqqında məlumatlılığı artırmaq məqsədi daşıyan "Bakı Prosesi" çərçivəsində yaradılmış ilk gəncləryönümlü təşəbbüsdür.

Layihə real beynəlxalq müzakirələri simulyasiya etmək üçün Azərbaycan və tərəfdaş ölkələrdən olan gənc iştirakçıları bir araya gətirir. İştirakçılar müəyyən edilmiş rolları öz üzərinə götürür, strukturlaşdırılmış debatlarda iştirak edir, mədəni və milli mənsubiyyətlərindən irəli gələn fərqli baxış bucaqlarını bölüşür və ortaq həll yolları istiqamətində kollektiv şəkildə çalışırlar.