Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu
- English
- Azərbaycanca
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu" Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) tərəfdaşlığı ilə "Bir Könüllü" Tələbə Əməkdaşlığı İctimai Birliyi və Bakı Dövlət Universiteti tərəfindən təşkil olunmuşdur.
Ümumi Məlumat
Forum gənclər arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh və tolerantlıq dəyərlərinin yayılmasına töhfə vermək və gənclərin fəal iştirakı vasitəsilə Azərbaycanın multikulturalizm modelinin daha geniş tanınmasını təmin etmək məqsədi daşıyırdı.
Struktur
Forum iştirakçıları bir neçə tematik sahə, o cümlədən müasir dünyada mədəniyyətlərarası dialoq və sülhün rolu, multikulturalizmin Azərbaycan modeli, mədəni diplomatiyada gənclərin iştirakı, müxtəlif mədəni kimliklər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və rəqəmsal əsrdə mədəni ünsiyyət imkanları üzrə həm nəzəri, həm də praktiki biliklərlə təmin etmişdir. Sessiyalar panel müzakirələri, interaktiv vörkşoplar və işçi qrupları formatında qurularaq iştirakçılara fikir mübadiləsi aparmaq, ortaq yanaşmalar inkişaf etdirmək və mədəniyyətlərarası dialoq sahəsində praktiki təcrübə qazanmaq imkanı yaratmışdır.
Nəticələr
Forum bütün sessiyalar üzrə iştirakçıların əsas nəticələrini, tövsiyələrini və öhdəliklərini özündə birləşdirən "Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumunun Nəticələri" adlı yekun sənədin hazırlanması ilə başa çatmışdır.